F-1.az xəbər verir ki, Formula1-i maraqlı etmək üçün hazırda intensiv işlər gedir və bu arada təkər seçimlərinin komandaların istədiyi kimi olması maraqlı qərardır.
Hazırda çox adam qaydaların çox və qarışıq olmasına görə Formula1-i tənqid edir. Toro Rosso komandasının texniki direktoru Ceyms Ki isə bildirib ki, qaydaları bir qədər də dəyişdirməklə yarışları daha maraqlı etmək olar: “Bu dəyişikliklərin necə işlədiyini görmək maraqlı olacaq. Bəlkə çox qarışıq olacaq, amma media nümayəndələri bunları başa düşmək üçün bir az çox işləməlidirlər.
Komandaları qərar verməkdə sərbəst buraxmalıdırlar. Hətta komandaların risk almalarına icazə verilməlidirlər. Əgər bunlar olsa, qətiliklə deyə bilərəm ki, yarışlar daha maraqlı olacaq.
Üç fərqli təkər seçimi yarışlara strategiya cəhətdən maraq qatacaq. Biz bu il surpriz nəticələr görə bilərik”.