F-1.az xatırladır ki, gələn ildən etibarən Formula1-də rexniki reqlament dəyişəcək və komandalar başdan-ayağa yeni bolid düzəltməlidir.
Ceyms Ki: “Xatırladığım qədərilə son iyirmi ildə texniki reqlamentin tamamilə dəyişdiyi hallar az olub. Belə olan halda, komandalar həm mövcud, həm də növbəti ilin maşını üzərində çox işləməli olurdu. Lakin 2021-ci ilin bolidi üzərində işləmək karyeramın ən çətin anı olacaq. İşimiz çoxdur. İstənilən halda iki layihəni birdən idarə etmək asan deyil. Bu il ilk yarışlardan gücümüzü anlamalıyıq və daha sonra isə əsas resursları növbəti mövsümə transfer etməliyik. Hər şey planlaşdırıldığı kimi getsə də, çətinliklər olacaq.
Bütün komandalar 2021-ci il maşınları üzərində işləməyə başlasa da, bəzi qaydalar hələ də dəqiqləşməyib. Komandalar hələ də yeni reqlament üçün FİA ilə danışıqlar aparırlar. Ancaq rəqiblərimiz kimi yeni layihə üzərində işləməyə davam edirik”.