F-1.az xatırladır ki, Red Bull-un hazırkı mühərrik təchizatçısı Renault ilə müqaviləsi ilin sonunda bitir və avstriyalıların qərar verməsi üçün maya qədər vaxtları var.
Ceyms Ki: “Red Bull üçün ayrı bir müqavilə var. Əgər onlar da gəlsə, bizə əlavə olunacaqlar. Bu, birləşmiş müqavilə deyil. Üçillik Toro Rosso müqaviləsidir. Yəni ki, biz baza komandasıyıq”.