Ç.Keri: “Yarış sayının 25-ə qaldırılması müzakirə olunmur”

F-1.az xəbər verir ki, Formula One Group-un başçısı Çeyz Keri çempionatın inkişafı zamanı keyfiyyətin kəmiyyətdən üstün olması prinsipinə riayət edilməlidir və hazırda yarış sayının 25-ə yüksəldilməsindən söhbət getmir.

Çeyz Keri: “Biz heç vaxt bunu təklif etməmişik. Yalnız ABŞ-da (Nyu Yorkda və ya Mayamidə) daha bir yarışın keçirilməsini müzakirə etmişik. Amma 25, 23 və ya 22 yarışın keçirilməsi hazırda real deyil və bu barədə danışıqlar getmir. Hazırda bütün diqqətimizi sahib olduğumuz 21 yarışın daha maraqlı alınmasına yönəltmişik.

Red Bull şirkətinin idman məsləhətçisi Helmur Marko da hesab edir ki, hazırda çempionatdakı yarışların sayının artırılmasından daha vacib məsələlər var. O, Servus TV kanalına müsahibəsində bildirib: “25 yarış – mümkündür, lakin gərək onda biz iki işçi briqadası yaradaq və onlar bir-birini əvəz edə bilsinlər. Biz hesab edirik ki, yarış sayı mühüm problem deyil. İstəyirik ki, mühəndislər yox, sürücülər diqqət mərkəzində olsunlar. Hazırkı vəziyyətdə əsas aspekt mühərriklərin gücüdür və buna son qoyulmalıdır. Sürücülərə, məsələn, Ferstappenə, mühəndisin “yanacağa qənaət etmək lazımdır” deməsini dinləmək istəmirik, onun Həmiltonla, Fettellə mübarizəsinə şahid olmaq istəyirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*