F-1.az xatırladır ki, Formula1 tarixinin ilk gecə yarışı olan Sinqapur 2008-ci ildə təqvimə girmiş və 2012-ci ildə yeni bir müqavilə imzalanmışdı. Hazırkı müqavilə bu ilin sonunda başa çatacaq.
Çeyz Keri: “Hələ yeni müqavilə bağlanmayıb. Amma danışıqlar yaxşı gedir və inanmıram ki, problem yaransın. Sinqapur Asiya üçün önəmli dayanacaqdır və burada çoxlu fanlarımız var. Trasın insanlar tərəfindən bəyənildiyini bilirik və buna görə də əlimizdə tutmaq üçün hər şey edəcəyik. İdmanən böyüməsi üçün Asiya vacib bazardır və bunu ən yaxşı formada dəyərləndirməliyik. Ən qısa zamanda danışıqları sonlandıracağıq. Ümid edirəm ki, uzun illər Sinqapuru təqvimdə tuta bilərik”.