Ç.Keri: “Silverstoun ilə danışıqlar davam edir”

Keçən il Silverstoun trasının sahibi olan Britaniya Sürücülər Klubu FOM ilə bağlanmış müqavilənin ləğv edəcəklərini bildirmişdilər.

F-1.az xəbər verir ki, builki yarış əfsanəvi trasda sonuncu ola bilər, lakin Formula1-in icraçı direktoru Çeyz Keri müzakirələrin davam etdiyini, hər iki tərəfə uyğun olan razılaşmanın əldə edilə biləcəyini bildirib.

Çeyz Keri: “Silverstoun bizim üçün çox vacibdir. Azarkeşlərin bu trası çox sevmələrini qiymətləndiririk. Trasın sahibləri ilə danışıqlar aparırıq, görək, necə nəticələnəcək.

Formula1-də adətən hər şey əvvəlcə açıq şəkildə müzakirə edilib, sonra isə qapalı qapılar arxasında danışıqlar aparılıb. Biz isə əksini etməyə çalışırıq – əvvəlcə hər şeyi aramızda danışmalı, sonra isə ictimaiyyətə bildirməlisən. Biz belə edəcəyik. Eyni zamanda, Silverstoun ilə müzakirələr davam etdiriləcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*