Ç.Keri: Müxtəlif traslarla danışıqlar aparırıq

Təqvimdə olmayan bir tras rəhbərlərinin bu il yarış qəbul etmək istəməkləri barədə dəfələrlə yazmışıq. Xüsusilə də, İmola, Mucello və Hokkenheymın sahibləri maraqlarını gizlətməyiblər.

F-1.az bildirir ki, Formula1-in rəhbəri Çeyz Keri Racefans-a müsahibəsində hazırda formalaşmaqda olan builki təqvimdə ilkin təqvimdə olmayan trasları görə biləcəyimizi təsdiq edib.

Çeyz Keri: “Avstraliya Qran Prisi ləğv ediləndən bəri yorulmadan işləyirik və təşkilatşılarla görüşürük. 2020-ci il üçün potensial təqvim hazırlayırıq. Əsas iki vəzifəmiz var – yarış keçirə biləcəyimiz yerləri təyin etmək və lazımi avadanlıqların ora daşınmasındakı problemləri aradan qaldırmaq. Hazırda həm bütün ptomouterlərimizlə, həm də ilkin təqvimdə olmayan tras rəhbərləri ilə danışılar aparırıq. Bunu bütün mümkün variantları nəzərdən keçirmək üçün edirik.

Hədəfimiz 5 iyulda Avstriyada mövsümə start verməkdir. İkinci yarışın da bir həftə sonra elə orada olma ehtimalı yüksəkdir. Ənənəvi avqust tətilində də yarışlar keçirməyi planlaşdırırq və Avropadakı yarışları təqvimdə sentyabrın əvvəlinə qədər olan hissəyə salmaq işini yekunlaşdırmaq üzrəyik. İlk yarışların tamaşaçısız keçiriləcəyini gözləyirik, amma ümid edirəm ki, mövsümün ikinci hissəsində onları tribunalarda görə biləcəyik.

Yarışlarda hamının təhlükəsiz şəraitdə işləməsini təmin edəcək addım və prosedurları təyin etmək üçün FİA, yerli səlahiyyətli şəxslər və mütəxəssislərlə birlikdə çalışırıq. Bu il yarış qəbul edə biləcək, bunu istəyəcək və qəbul edəcək trasların sayı mövzusunda getdikcə daha da optimist düşünürük”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*