Ç.Keri: Mövsüm yanvarda başa çata bilər

F-1.az xəbər vermişdi ki, Çeyz Keri bu mövsümün təqvimi üzərində işlədiklərini və mövcud vəziyyətin gələnilki mövsümə təsir etməyəcəyini deyib.

Liberty Media təxirə salınmış bu mövsümdə 15-18 yarış keçirmək planını dəyişməyib. 5 iyulda başlanması gözlənilən çempionat 2021-ci ilin yanvarına qədər davam edə bilər.

Çeyz Keri: “İndiki planlarımız göstərir ki, çempionat dekabrda başa çata bilər və bu tarix ilkin təqvimdəki son yarışın tarixindən gecdir. Lakin digər variantları da nəzərdən keçiririk və mövsümün yanvarda başa çatması ehtimalını da rədd etmirik. Son yarışı dekabra salmaq istəyirik. Lakin bunu edə bilməsək, Milad bayramı üçün fasilə verməli olacağıq.

Həmin ərəfədə yarışlar olmayacaq. Mövsümün yanvara qədər uzanması variantı üzərində promouterlər və digər maraqlı tərəflərlə birlikdə işləmək lazım gələcək. Lakin mən yenə də çempionatın bayram tətilindən əvvəl – dekabrın ortalarında başa çatmasını istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*