Ç.Keri İspaniya ilə müqaviləni uzatmaq istəyir

Formula1-in yeni rəhbəri Çeyz Keri bildirib ki, İspaniya Qran Prisini təqvimdə saxlamaq üçün çoxillik müqavilə bağlamağı düşünürlər.

F-1.az xatırladır ki, Berni Ekklstoun iki il əvvəl trasın müqaviləsini 2019-cu ilə qədər uzatmışdı.

Çeyz Keri: “Hazırda Barselona ilə müqaviləmiz var və bunu davam etdirmək istəyirik. Məqsədimiz çoxillik müqavilə bağlayaraq burada qalmağa davam etməkdir. İspaniya Qran Prisi Avropanın vacib yarışlarındandır və burada olduğumuz üçün xoşbəxtik. Formula1-i maraqlı etmək üçün əvvəlcə əlimizdəki dəyərləri qorumalıyıq. Ümid edirəm ki, idmana olan marağı artıra bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*