F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə olan müqaviləsi gələn ilin sonunda bitəcək və əksəriyyət düşünür ki, növbəti müqavilə 34 yaşlı pilot üçün sonuncu ola bilər. Formula1 üzrə altıqat Dünya Çempionu gələn il həm qələbə sayında, həm də çempionluq sayında əfsanəvi Şumaxerə çata bilər.
Çeyz Keri: “Ümid edirəm ki, Lyuis həmişəlik yarışar. Qətiliklə deyirəm ki, o, inanılmaz çempiondur. Onun qələbələri gücündən xəbər verir və idmanımız qəhrəmanların üzərində qurulub. O, idmanımızın rəqibsiz qəhrəmanıdır. Ümid edirəm ki, sonsuzə qədər yarışar. Düzdür, bu, mümkün deyil, ancaq məncə, onun önündə çox çətinliklər var və biz də onun çətinlikləri dəf etməsini görmək istəyirik”.