F-1.az xatırladır ki, gəlirlər əvvəlki illərə nisbətən azalıb və Liberty Media bunun qarşısını almaq üçün fərqli üsullar tətbiq edir.
Çeyz Keri: “Qısa müddət ərzində məqsədimiz idmanı daha yaxşı vəziyyətə gətirməkdir və bunun üçün əlimizdən gələni edəcəyik. Bəzi şeyləri təkmilləşdirməliyik. Amerikada belə məsəl var – heç kimə pulsuz nahar verilmir. Hamı əlindən gələni etməlidir. İndiyə kimi idmanda peşəkar quruluş olmayıb. Araşdırma, marketinq və rəqəmsal təşkilatlanma yox idi. Hər şeyi yavaş-yavaş təkmilləşdirməyə başladıq. Təbii ki, burada əsas məqsəd maliyyənin tənzimlənməsidir. Buna görə də komandalar əllərindən gələni etməlidirlər”.