F-1.az xatırladır ki, Liberty Media Formula1-i satın aldıqdan sonra idmana yeni azarkeşlər cəlb etmək üçün müxtəlif işlər görür.
Çeyz Keri: “İnsanlar böyümə prosesində izlədikləri şeylərdən asanlıqla imtina etmirlər. Onsuz da yaş ortalaması da bunu göstərir. Buna görə də yeni nəsli idmana cəlb etməliyik. Bu yaşda Formula1-i sevdirsək, gələcəkdə böyük maraqla bunu izləməyə davam edəcəklər. Formula1-dəki rəqabət səviyyəsini artırmalıyıq. İnsanlar yarışın nəticəsini əvvəldən biləndə heç bir mənası olmur. Onlara sürprizlər və həyəcanlı şeylər lazımdır. Məqsədimiz komandalar arasındakı fərqlərin azalmasını təmin etməkdir”.