Ç.Keri: “Formula1 təqvimi genişlənməyə davam edəcək”

Keçən həftə Vyetnam Qran Prisinin 2020-ci ildə debüt etməsi elan olunmuşdu. Əgər cari yarışlar təqvimdə yerlərini qorusalar, onda 2 ildən sonra təqvimdə rekrod sayda - 22 yarış görəcəyik.

F-1.az xatırladır ki, 2 il əvvəl Azərbaycan Qran Prisinin təqvimə daxil olması ilə təqvimdə rekord sayda – 21 yarış qeydə alınmışdı, bu il isə həmin rekord təkrarlanmışdı. Komandalar və sürücülər təqvimin genişlənməsinin əleyhinə olsalar da, F1-in icraçı direktoru Çeyz Keri hesab edir ki, 22 yarış son hədd deyil…

Çeyz Keri: “Biz qarşıdakı illərdə çempionatın inkişafının ciddi potensialına əminik. Bu inkişafı 3 faktor təmin edəcək. Birincisi, təqvimin genişlənməsini gözləyirik. Çox olmayacaq, amma biz çempionata gəlmək istəyən yeni ölkələrin sayından, keyfiyyətindən və müxtəlifliyindən çox razıyıq.

Biz yarışların keyfiyyətinin onların keçirilməsinə görə üzvlük haqlarına olan düzgün münasibətinin formalaşmasını tapmaq üzrəyik. Hər bir yarış azarkeşlər üçün maraqlı, biznes üçün cəlbedici olmalıdır. Biz keçən həftə Vyetnam Qran Prisinin debütünü elan etdik – tras bütün dünyanın təsəvvürünü dəyişəcək.

İkincisi, biz bəzi cari yarışların əvəzlənməsini gözləyirik – sələfimizdən qalan bu yarışlar ya baxımlı yeni traslarla əvəz olunacaq, ya da köhnə traslarla yeni kommersiya baxımından sərfəli müqavilələr imzalanacaq.

Üçüncüsü, biz yüksək səviyyəli qonaq proqramlarının gözəl perspektivlərini görürük. Bu gün korporativ ə və pərakəndə yolla bizim yarışları izləmək istəyən və eyni zamanda, yüksək xidmət səviyyəsi tələb edən müştərilərimizin sayı artmaqdadır.

Biz Qran Prinin dəyərlərinin artırılmasına köklənmişik və promouterlərə yeni dəyərləri çatdırırıq. Maraqlıdır ki, həm indiki, həm də potensial yarış təşkilatçıları bizim metodları bəyənirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*