Ç.Keri: “Formula1 məhv olurdu”

Formula1-in rəhbəri Çeyz Keri bildirib ki, Formula1-də dəyişikliklər olmasa, böyüyə bilməz.

F-1.az xatırladır ki, Liberty Media idmanı satın aldıqdan sonra Halo sistemini gətirmiş, loqotipi dəyişdirmiş, düzülüşdəki qızlardan imtina etmiş, sonra isə yarışların başlama saatını qabağa çəkmişdi. Bu dəyişikliklər müxtəlif reaksiyalar almışdı.

Çeyz Keri: “Azarkeşlər bizim üçün çox vacibdirlər. Avropadakılar da. Uğurun düsturu budur – eyni oyun, fərqli yanaşma. Biz hərtərəfli və köhnəlməyən məhsul əmələ gətirmək istəyirik. Çünki dəyişiklik etməsəniz, böyüyə bilməzsiniz. Berni Ekklstoun 2016-cı ildə demişdi ki, yarışa baxmağa bilet olmaz. Geriləmə var idi və bunun qarşısını almalı idik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*