F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq, lakin 33 yaşlı pilotun gələcəyi müəmmalıdır. Fettel əgər özünə komanda tapa bilməsə, idmandan gedəcək.
Çeyz Keri: “Sürücülərimizin hamısı qəhrəmandırlar. İnsanlar da qəhrəmanları sevirlər. Əgər bir sürücü 4 dəfə Dünya Çempionu olubsa, ən böyük qəhrəmanlardan biri sayılır”.
Qeyd edək ki, hazırda peletonda 3 nəfər Dünya Çempionu var. Əgər ilin sonunda Rəykkönen və Fettel karyeralarını bitirsələr və Lyuis Həmilton titulu qazansa, peletonda bir Dünya Çempionu qalacaq.