F-1.az xatırladır ki, Sebastyan Fettel Azərbaycan yarışında bolidini təhlükəli şəkildə Həmiltonun üzərinə sürmüşdü. Bu hadisəni araşdıran stüardlar almaniyalı sürücüyə 10 saniyəlik dayan və get cəzası vermişdilər.
Çeyz Keri: “Formula1-də yaşanan bu cür hadisələr idmanı daha gözəl və dramatik edir. Fettel və Həmilton rəqabəti sevirlər və çempionluq uğrunda mübarizə aparırlar. Belə şeylər ola bilər. Rəqabətin əsl şiddətini anlamalıyıq. Ümid edirəm ki, FİA doğru qərar qəbul edər.
Məncə, yarışlar mükəmməldir. Mövsüm yaxşı başladı və müsbət hallar yaşanıb. Çempionluq uğrunda mübarizə get-gedə qızışır”.