F-1.az xatırladır ki, Liberty Media 2017-ci ilin yanvarında Formula1-i alıb və o dövrdən sosial şəbəkələrdə idmanı ən yaxşı formada təbliğ edirlər.
Çeyz Keri: “Hələ qeyd etmək üçün tezdir. İnsanlara həm trasda, həm tras xaricində şou göstərmək üçün doğru yoldayıq. Bir neçə gözəl yarış izlədik və zirvədəki mübarizənin yaxın olduğunu gördük. İnsanlar Almaniyada yanıma gəlib idmanın daha əyləncəli olduğunu dedi. Bu, gözəl haldır. Formula1 xəyallarını reallaşdıran qəhrəmanlarla doludur. Güclü markalar və önəmli komandalar var. Əsas xarakterlər isə sürücülərdir. Maks Ferstappen istedadına görə əsl qəhrəmandır və insanlara ilham verir”.