F-1.az xatırladır ki, Pirelli-nin məlumatlarına əsasən, keçən il 21 yarışda 866 ötmə olduğu halda, bu il 20 yarışda 435 ötmə olub.
Çeyz Keri: “Əbu Dabi həmişə mövsümə gözəllik qatan yarışlar keçirib. Heyif ki, bu il istədiyimiz kimi olmadı. Ötmələr az oldu və istəmirik ki, bu hal təkrarlansın. İdmanda rəqabəti artırmalıyıq. Formula1 böyük idman növüdür və çoxlu fan ordusu var. Hamının gözləntisi qarşılanmalıdır. Hər şeyi təkmilləşdirmək üçün yeniliklər düşünürük. Gələn il ötmələri artıraraq, fanlara həzz yaşatmaq istəyirik”.