F-1.az xəbər verir ki, danimarkalı siyasətçi və yarış təşkilatçısı Helge Sander Əbu Dabi Qran Prisində Liberty Media ilə danışıqlar aparmışdı.
Çeyz Keri: “Kopenhagen kimi gözəl şəhərdə yarış keçirmək ideyası belə məni həyəcanlandırır. Orada gözəl şou göstərə bilərik və bu fürsəti əldən verə bilmərik. Ümid edirəm ki, hər şey qaydasında gedər və bunu reallaşdırarıq”.
Layihəyə dəstək verən Lars Seyer Kristensen də öz fikirlərini bildirib: “Liberty Media bunu təkcə Kopenhagen və Danimarka üçün yox, Skandinaviya üçün düşünür. Onlar bu sahənin yaxşı bazar olduğunu bilirlər. Hazırda Formula1-də danimarkalı sürücünün olması üstünlükdür. Amma o olmasaydı da, idmana maraq böyük olardı”.