Ç.Keri: “Daha çox ötmə görmək istəyirsiz? 2019-cu ili yox, 2021-ci ili gözləyin”

F-1.az xəbər verir ki, Formula1-in rəhbəri Çeyz Keri Filippində çıxışında önümüzdəki illərdə yarışların daha da maraqlı olması üçün texniki reqlamentdə böyük dəyişikliklərin olmayacağını bildirib.

Çeyz Keri: “Ötmələr – Formula1 üçün əsl problemdir. Bəli, biz növbəti ilin reqlamentinə bəzi yeniliklər hazırlayırıq, lakin bunlar kiçik addımlardır və problemi həll etməyəcək, sadəcə idmanın daha da yaxşılaşdırılmasına kömək edəcək. 2021-ci ildə ediləcək dəyişikliklər isə daha böyük olacaq və şassilərin aerodinamikasına böyük təsir göstərəcək.

Xeyr, biz aerodinamikanı tamamilə dəyişmək fikrimiz yoxdur, məqsədimiz yarışın hər anında ötmələrin mümkün olmasıdır. Biz həm də komandalar arasındakı güc fərqini azaldaraq rəqabəti artırmaq üçün çalışırıq.

Nəticələri proqnozlaşdırmaq – bu idmanda demək olar ki, mümkün deyil. Sürprizlərə ehtiyacımız var. Hətta autsayderlərin belə qələbə qazanmaq şansı olmalıdır. Biz bunu yaratmağa çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*