Ç.Keri: “Britaniya QP təqvimdə qalacaq”

Formula1-in yeni rəhbəri Çeyz Keri bildirib ki, Formula1-in əsl yeri Avropadır və əlavə edib ki, Britaniya QP təqvimdə qalacaq.

F-1.az xatırladır ki, Britaniya QP-ni qəbul edən Silverstoun trası maliyyə problemlərinə görə idmandan ayrılmaq istəyir. Təşkilatçılar son qərarı iyul ayında verəcəklərini demişdilər.

Amma bu həftənin əvvəli verilən açıqlamada Formula1-in rəhbəri Berni Ekklstoun istefaya göndərilib və onu Çeyz Keri əvəz edib.

Keri verdiyi ilk açıqlamada bildirib ki, Britaniya təqvimdə qalacaq: “Britaniya bir Qran Pri olacaq. İdmanın bünövrəsi qərbi Avropada qoyulub. Böyümək istəyirik və Silverstounla danışıqlar davam edir. Təşkilatlarla münasibətlərin mükəmməl olmasını istəyirik. Yarışları daha da maraqlı etməyin yollarını axtaracağıq”.ac

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*