F-1.az xatırladır ki, ispaniyalı sürücü Honda mühərriklərinə görə üç mövsümdür ki, podiumdan uzaq qalıb. Amma McLaren-in yeni mövsümdən Renault mühərriklərinə keçməsi 36 yaşlı sürücünü ümidləndirib.
Çeyz Keri: “İstəyirəm ki, Alonso Renault mühərriyi ilə yenidən rəqabətədavamlı olsun. Onun kimi mükəmməl sürücünün geridə qalması pis haldır. Xüsusən də, Rusiyada qızdırma dövrəsində mübarizəni dayandırması pis idi. Ümid edirəm ki, bu mövsüm həm onun üçün, həm də McLaren üçün yaxşı gedər”.