Ç.Keri Almaniyanı saxlamaq istəyir

Formula1-in rəhbəri Çeyz Keri gələn il Almaniya yarışının qalmasını istəyir.

F-1.az xatırladır ki, gələn il təqvimə Vyetnam və Hollandiya yarışları daxil olacaq. Buna görə də İspaniya və Almaniya yarışlarının təqvimdə qalması mümkünsüz görünür.

Çeyz Keri
: “Gələnilki təqvim hələ rəsmiləşməyib. Hansı yarışın olacağını hələ mən də bilmirəm. Həmişə demişəm, Almaniya bizimçün vacib bazardır. Almaniyada çoxlu fanat var. Mühəndislər Kubokunda son 5 ilin Dünya Çempionu alman komandasıdır və almaiyalı sürücü çempionluq uğrunda mübarizə aparır. Fanatlar üçün bəzi təkliflər təqdim edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*