F-1.az xatırladır ki, 2018-ci il təqviminə Fransa və Almaniya qayıtdığı halda, maliyyə problemləri yaşayan Malaziya təqvimdən çıxıb.
Çeyz Keri: “2018-ci ildə Fransa və Almaniyanın təqvimə qayıtdığını açıqladığım üçün fəxr duyuram. Gələn mövsümün təqvimini belə tez yayımlamağımızın səbəbi komandaların daha yaxşı hazırlaşmasına kömək etmək üçündür. FİA ilə əla işlədik. Məqsədimiz Formula1-i gözəl şouya dönüşdürməkdir və bunun üçün əlimizdən gələni edirik. Növbəti mövsümlərdə daha çox yarış olması üçün danışıqlar aparırıq. Elə etməliyik ki, fanlar bu idmandan daha çox həzz alsınlar”.