Ç.Keri Afrikanı təqvimə qaytarmaq istəyir?

Formula1-in rəhbəri Çeyz Keri bildirib ki, əsas olan çempionatdakı yarışların sayı yox, keyfiyyətidir.

F-1.az xatırladır ki, Formula1 təqvimində hazırda 21 yarış var, amma gələcəkdə təqvimin 25 yarışa qədər artması gözlənilir. Amma belə olan halda bu, idmana mənfi təsir göstərə bilər. Üstəlik son illərdə təqvimə yeni girən yarışlar da gözlənildiyi kimi effektiv olmayıb. Gələn il isə Hollandiya Qran Prisi yenidən çempionata qayıdacaq və Vyetnam Qran Prisi debüt edəcək.

Çeyz Keri: “Yarış həftəsonlarının üç gün olmasını planlaşdırırıq. Yəni ki, cümə, şənbə və bazar günləri olacaq. Bu, idmanımız üçün vacibdir. Cümə axşamı olan tədbirlərin ləğv edilməsi ilə təqvimə 25 yarış sala bilərik. Ancaq bizimçün yarışların sayı yox, keyfiyyəti vacibdir. Asiyada yarış sayını artırsaq, idmana müsbət təsiri olar. Bundan başqa Afrika yarışının da təqvimə dönməsi gözəl olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*