F-1.az xatırladır ki, britaniyalı sürücü Diriyədəki yarışa pouldan başlasa da, yekunda beşinci olub. Onun son döngədə maşını dayansa da, Evans rəqibindən qaça bilməyib və bilməyərək, onu finiş xəttinə itələyərək, beşinci olmasını təmin edib.
Ceyk Hyuz: “Enerjimiz azalmışdı. Buna görə də üç seçimizi var idi: Ya 3-4 yer itirəcəkdik ya da 18-ci və 21-ci döngəlrədə müdafiə üçün enerjini tükədəcəkdik.
bunu etmək getdikcə çətinləşirdi. Buna görə son dövrə çətin keçdi. 18-ci döngəyə qədər müdafiə oluna bildim. 21-ci döngədə isə maşın əldən getmişdi.
Miçi geridə saxlamaq üçün onu qabaqlamalı idim. Motorum bu anda dayandı və gücüm qalmamışdı. Miç mənə təmas etdiyi üçün sevinirəm. Əks halda iki yer itirəcəkdim. Limitləri aşaraq, öndə qala bildim”.