C.Herbert: Yos Serxioya belə kobud davranmamalıdır

Keçmiş Formula1 pilotu britaniyalı Conni Herbert Ciddədəki son yarışda Red Bull komandasında baş verənləri şərh edib.

F-1.az xəbər verir ki, ekspert Maks Ferstappenin atasının davranışlarına toxunub. Xatırladaq ki, o, Peresi qələbə münasibəti ilə təbrik etmək əvəzinə, heç də xoş olmayan ifadələr səsləndirmişdi.

Conni Herbert: “Kobud idi, amma məncə, Yosdan bunu gözləməlisən. Nəsə deyə bilərdi və ya qucaqlaya bilərdi. Aydındır ki, o, oğlunun mümkün qədər çox qələbə qazanmasını istədiyi üçün bu fikirdə olub.

Yosdan xoşum gəlir, özünəxas xarakteri var. Amma bu, məyusluğun əlaməti idi və bəzən bunu bütün dünyaya göstərmək lazım deyil. Serxioya qarşı bu qədər kobud olmamalı idi. Hörmət göstərmək lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*