C.Herbert: Yarış vaxtı radioəlaqə qadağan olunmalıdır

Komanda ilə sürücülər arasında radio rabitəsini məhdudlaşdırmaq ideyası Formula1-də bir neçə dəfə həyata keçirilməyə çalışılıb, lakin heç nə alınmayıb.

F-1.az xəbər verir ki, bunun da səbəbi indiki Formula1 maşınlarının çox mürəkkəb olmasıdır.  Keçmiş Formula1 pilotu Conni Herbert yenidən bu məsələyə qayıtmağı təklif edir.

Conni Herbert: “Düzünü desəm, bazar günü yarış zamanı radio rabitəsini qadağan edərdim. Fərqli strategiya variantlarını hesablayan proqram indi fantastikdir, lakin keçmişdə Ayrton, Naycel, Deymon və mənim etdiyimiz kimi, kompüterin deyil, yarışçının verdiyi qərarı görmək istərdim. Yarışa başlamazdan əvvəl mümkün strategiyanı müzakirə edirdik, planımız var idi, amma bəzən özümüz qərar verməli olurduq. İndi bu, yalnız proqramın təklifləri əsasında edilir

Mən bir az geri qayıtmaq istəyirəm. Sürücüyə “çox sürətlə gedirsən, təkərlərin bir az qızıb” deyiləndə xoşuma gəlmir. Sürücü bunu özü hiss etməlidir və buna uyğun reaksiya verməlidir. Bu gün isə yalnız radioda deyilənlərə görə reaksiya verirlər, proqrama diqqət yetirirlər. Komandalar cümə və şənbə günləri hər şeyi edə və bazar günü sürücülərə deyə bilərlər: “Budur maşın, biz əlimizdən gələni etdik. İndi isə hər şey sizdən asılıdır, yarışın sonunda görüşərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*