C.Herbert: Şumaxerin qaranlıq tərəfləri var idi

Sabiq Formula1 sürücüsü Conni Herbert düşünür ki, sabiq komanda yoldaşı Mixael Şumaxerin qaranlıq tərəfləri olub.

F-1.az xatırladır ki, iki sürücü 1994-1995-ci illərdə komanda yoldaşı olmuşdu. Herbert həmişə yeddiqat Dünya Çempionu haqqında narazı danışmış və sıralanma turunda Şumaxeri keçdiyində telemetriya məlumatlarının ondan gizlədildiyini demişdi.

Conni Herbert: “Həmişə fərqli düşünürdük. Çox qəddar insan idi. Amma uğurlarını bunun hesabına qazandı. Flavio Briatore, Ross Braun və Rori Birn kimi doğru insanları ətrafına topladığı üçün bəxtəvər idi. Bu adamları özü ilə Ferrari-yə apardı.

Rodd bir dəfə demişdi ki, bir yerdə işlədiyi ən yaxşı sürücü Mixael olub. Buna görə də onun üçün hər şey edirdilər. Hər şeyi demək istəyirəm. Buna görə də Mixael daha yaxşı motivasiya toplayırdı. Onların da əhvalı yüksəlirdi və bir yerdə uğur qazanırdılar. Vaxt keçdikcə bu uğur diyircəyinə döndü.

1996-cı ildə Barselonada Ferrari ilə yağışlı havada göstərdiyi üstün performansı hələ də xatırlayıram. Ferrari-də qazandığı ilk qələbəsi idi. Yağışda çox qəşəng sürdü və buna görə ona yağış ustası ləqəbini qoydular. İnanılmaz performans idi.

Düzdür, onun da qaranlıq tərəfləri var idi, amma heç bir uğurunu inkar edə bilməzsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*