F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra istefa vermiş və hamını təəccübləndirmişdi.
Formula1 karyerası ərzində 3 qələbə qazanmış Herbert isə bu qərara təəccüblənməyib: “Digərləri kimi təəccüblənib şoka düşmədim. Bilmirəm. Çünki mən çempion olmadım, amma düşünürəm ki, xasiyyətlərimiz eynidir. Mənim ən böyük hədəfim Dünya Çempionu olmaq idi və olsaydım, eyni formada istefa verərdim.
Əbu Dabidə podiumda yorğun görünürdü. Psixoloji və fiziki cəhətdən tükənmişdi. Qələbə qazandığı vaxt tənqidçi oluruq, çünki o hissi görmürük. Amma uğura getdiyi yolu izləmək gözəl idi.
Bir müddət ailəsi ilə maraqlanacaq. Daha sonra Le Man və ya DTM-də mübarizə apara bilər. Məncə, Formula1-ə heç vaxt qayıtmayacaq”.