F-1.az xəbər verir ki, Conni onun Ferrari-yə keçə biləcəyini düşünür.
Conni Herbert: “Düşünürəm ki, Lyuisin son qərarı Mercedes-dəki vəziyyətdən asılı olacaq. Komanda vəziyyəti düzəldə və qalibiyyət şərtlərinə qayıda biləcəkmi? Əgər bu baş verməsə və Lyuis hələ də titul üçün acdırsa, o zaman ayrılmağı düşünə bilər. Fikrimcə Ferrari ilə çempion ola biləcəyini hiss etsə, qərarı ora ilə bağlı olacaq.
Lyuis də Mixael Şumaxer kimi Ferrari-ni dəyişmək və onları qələbə yoluna qaytarmaq üçün enerjisini qənaət edib adamlarını özü ilə yeni komandaya apara biləcəkmi? Əsas sual isə sürücünün vəziyyəti dəyişdirmək və yeni komanda ilə qalib gəlməyə başlamaq üçün kifayət qədər vaxtının olub-olmamasıdır”.