F-1.az xatırladır ki, 2014-cü ildə turbo mühərriklər və hibrid sistemlər gəldikdən sonra bolidlərin səsi azalmış və Mercedes hegemonluğu başlayıb. İnsanlar bundan sonra Formula1-i sorğulamağa və tənqid etməyə başlayıblar.
Amma Herbert tənqidlərə baxmayaraq, düşünür ki, Formula1-də həyəcan davam edir: “Hələ də maraqlı sıralanma turumuz var. Hələ də orada həyəcan davam edir. Yarışa girmək fərqli bir şeydir. Amma son illərdə yenilənən bir şey var – Maks Ferstappenin performansı ilə insanlara cavab verməsi.
Bu bolidlə yaxşı performans göstərə bilərsiniz. Bu, həyəcanverici bir şeydir.
İş prinsipi hələ də eynidir. Hələ də bəzi güclü sürücülərin daha effektiv performans göstərdiyini görürük”.