C.Herbert: “Alonso təqaüdə çıxmalıdır”

Sabiq Formula1 sürücüsü Conni Herbert bildirib ki, Censon Batton, Fernando Alonso və Kimi Rəykkönen bundan sonra çətin ki, Formula1-də uğur qazansınlar...

F-1.az xatırladır ki, Censon Batton son qələbəsini 2012-ci il Braziliyada, Kimi Rəykkönen 2013-cü ildə Avstraliyada, Fernando Alonso isə həmin il İspaniyada qazanıb.

Qeyd edək ki, Herbert Bəhreyndən əvvəl Alonso üçün təqaüdə çıxmalıdır demişdi. İspaniyalı sürücü isə cavabında Herbertə “Mən təqaüdə çıxmayacam. Mən Dünya Çempionuyam. Sən Dünya Çempionu ola bilmədin və ona görə də şərhçilik edirsən” demişdi.

Conni Herbert: “Mən Alonsonun verdiyi reaksiyanı anlayıram.

Amma mən inanıram ki, Fernando Alonsonun Formula1-dən getmək vaxtı gəlib. Bu sözlər Censon Batton və Kimi Rəykkönenə də aiddir. Artıq gənc sürücülər yarışmalıdırlar.

Alonsonun qəzası mənə 2012-ci ildə Sinqapur yarışında Şumaxerin etdiyi qəzanı xatırlatdı. Qəzalar bir-birinə oxşayır. Bu qəzaların çox vaxt diqqət yayınmasından əmələ gəlir.

Le Man marafonu Alonso üçün ən yaxşı seçimdir. Alonso WEC-də Mark Uebber kimi Dünya Çempionu titulunu qazana bilər”.

Herbert Toro Rosso komandasının gənc sürücüləri Maks Ferstappen və Karlos Sayns barədə də danışıb: “Hər ikisi də yaxşı və sürətli sürücülərdir. Mən əvvəl də demişdim, indi də deyirəm, onlar gələcəyin sürücüləridir. Mən düşünürəm ki, Sayns Ferstppendən daha ağıllıdır. O, ağılla hərəkət edir. Bəlkə Maks gənc olduğu üçün elədir. Ancaq hər ikisi də yaxşı sürücüdürlər.

Red Bull ikisinidən birini transfer etməlidir. Mən olsam, Saynsı transfer edərdim. Amma əgər qərarı Helmut Marko versə,  hər şey ola bilər, çünki o həmişə qəribə qərarlar verir”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*