F-1.az xatırladır ki, Roman Qrojan mövsümün ilk yarışında qırmızı bayraqlardan maksimum yararlanaraq yarışı 6-cı yerdə bitirib.
Cin Haas bildirib ki, aldıqları nəticə gözləntilərindən yüksək olub: “Bizim hədəfimiz xal almaq deyildi. Hədəfimiz iki bolidlə də yarışı bitirmək idi.
Beş bolid fərqli problemlərə görə yarışı bitirə bilmədi. Tək hədəfimiz mümkün qədər irəliləmək idi. Biz bunu bacardıq və hədəflərimizi keçib, altıncı yeri tutduq.
Biz bunu 39 dövrə atdığımız təkərlərə və strategiyamıza borcluyuq. Qrojanın təcrübəsi bizə kömək etdi. O bizə dedi ki, indi yarışmayıb təkərlərimi qorumalıyam və bu daha sonra işimizə yarayacaq.
Hamısı strategiyamızın hesabına oldu. Strategiyanı təyin edib, ona sadiq qalmaq lazımdır. Bunu etmək elə də asan deyil”.