F-1.az xatırladır ki, Amerika təmsilçisi bu il təkərlərlə işləyə bilmirlər. Barselonadakı isti hava Haas komandasına kömək edib. Kevin Maqnussen yarışı 7-ci, Roman Qrojan isə 10-cu yerdə bitirib.
Cin Haas: “Mövsümə pis başladıq. Sıralanma turunda güclüyük. Yəni ki, 1-2 dövrə vura bilirik. Daha sonra təkər temperaturu azalır və bolid yox olur. Təkərləri isti saxlamaq çox vacibdir. Pirelli belə həssas təkərlər düzəltməsə, daha yaxşı olardı. Bolidlərlə yox, termometrlərlə yarışırıq”.