F-1.az xatırladır ki, Mik Şumaxer keçən il Haas komandasına transfer olunub və qeyri-stabil qrafiklə yadda qalıb. Buna görə də komandadakı yeri təhlükə altındadır.
Cin Haas: “Formula1-də debütantla yarışanda sizə baha başa gəlir. Mikin potensialı olsa da, bizə baha başa oturdu. Çox maşını əzdi və buna görə çox pul itirdik. Onsuz da pulumuz yoxdur.
Əgər Maks Ferstappen kimi qəza edən və xal alan sürücünüz varsa, buna dözmək olar. Amma siz peletonun sonlarında mübarizə aparırsınızsa və bolidə zərər verirsinizsə, böyük problemdir. Mikin gələcəyi özündən asılıdır. Onun xallarına ehtiyacımız var. Ona özünü göstərməsi üçün vaxt verməyə çalışırıq. Komandada qalmaq üçün çoxlu xallar qazanmalıdır. Ondan gözlədiyimiz budur”.