C.Haas: “Qrojan çox güclü sürücüdür”

Haas komandasının sahibi Cin Haas bildirib ki, komandaya gənc sürücü transfer etməkdənsə, təcrübəli sürücü transfer etmək daha yaxşıdır.

F-1.az xatırladır ki, Roman Qrojan mövsümün ilk yarışında mükəmməl performans göstərərək 6-cı yeri tutmuşdu. Roman Qrojanın bu uğuru ona “Günün Sürücüsü” mükafatını qazandırmışdı.

Komandanın sahibi Cin Haas bildirb ki, gənc amerikalı sürücü yarışdırmaqdansa, təcübəli sürücü yarışdırmaq daha yaxşı ideyadır: “Biz ona görə də Qrojanı seçdik. Çox təcrübəlidir və karyerasının əvvəllərində etdiyi ağılsız səhvlərindən çox şey öyrənibdir.

Onlar Esteban ilə yaxşı cütlük oldular, çünki Esteban çox gəncdir və ümid edirəm ki, Qrojandan çox şey öyrənər. Qrojan doğrudan da çox güclü pilotdur. O, hələ qələbə qazana bilməyib, amma biz bu tilsimi qırmaq istəyirik”.

Haas komandası sıralanma turunda istədiyi nəticəni göstərə bilməmişdi və 1-ci seansda mübarizəni dayandırmışdı.

Amma Haas komandası harada səhv etdiyini bilir və onlar çalışacaqlar ki, Bəhreyndə bu səhvlərini düzəltsinlər: “Biz sıralanma turunda ilk dövrəmizi vuranda hər iki boliddə də xırda problemlərin olduğunu gördük. Qrojan arxa təkərləri blokladı, çünki əyləcdə problemləri var idi. Bu da onun ilk dövrəsini məhv etdi.

Ondan sonra Esteban da eyni səhvi təkrarladı. Ona görə də atdığımız ilk dövrələr boşa getdi.

İndi isə biz yeni dəst təkərlər taxmalıyıq və 90 saniyəlik vaxtımızı düzgün dəyərləndirməliyik. Bizim hər iki bolidimiz də 90 saniyəyə görə ikinci seansa qala bilmədi

Biz yaxşı dövrə atırdıq, amma artıq format dəyişib. O dövrələrimiz də boş yerə getdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*