C.Haas: “Məsuliyyətli olmalıyıq”

Haas komandasının rəhbəri Cin Haas bildirib ki, onlar Formula1-də ilk mövsümlərində məsuliyyətli olmalıdırlar.

F-1.az xatırladır ki, Haas komandası Formula1-də ilk mövsümündə Ferrari ilə texniki əməkdaşlıq imzalayıb. Ona görə də amerikalılar qaydaların icazə verdiyi bütün detalları Ferrari-dən alıblar.

Haas komandası mövsümöncəsi testlərə yaxşı başlasa da, daha sonra etibarlılıq problemləri ilə üzləşdilər.

Cin Haas yeni mövsümlə bağlı fikirlərini bildirib: “Heyif ki, Ferrari mühərriyi trasa çıxarmamışdan əvvəl çox fikirləşir. Telemetriyada bir problem görən kimi, o problemi həll etməmiş mühərriyi istifadə etmirlər.

İlk testlərdə naqillərdə kiçik problem çıxdı və bu da yanğına səbəb oldu. Bunu təmir etmək lazım idi və problemi tapmaq xeyli vaxtımızı aldı.

Biz Ferrari-yə çox güvənirik. Turboda problemin yaranması məyusedici idi, amma onlar çox təmkinlidirlər.

Onlar bir yerdə problem görən kimi tez analiz edirlər. Turboda yaranan problem partlama əmələ gətirə bilərdi. Ferrari mühərriyi idarə edir, amma burada bütün qərarları biz verməliyik.

Bolid bizimdir, amma Ferrari bizə texniki yardım verir və bu mövzuda məsuliyyətli olmalıdırlar.

Amma o məsuliyyətin bəzilərini biz öz boynumuza götürməliyik. Əgər bizim bir günümüz pis keçsə, bunu Ferrari-nin üstünə ata bilmərik. Tras üzərində bütün məsuliyyəti biz öz üzərimizə götürməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*