F-1.az xatırladır ki, amerikalı komanda Avstraliyada mövsümə əla başladıqdan sonra rəqibləri onları keçənilki Ferrari-ni nüsxələməkdə ittiham etmişdilər.
Cin Haas: “Şərhlər məyusedicidir. Uğursuz olanda “axmaq Amerika komandası” adlandırılırıq. Lakin uğurlu olanda “Ferrari-nin komandası” adlandırırlar. Bu sözlər bizim işçilərimizə hörmətsizlikdir. Bolidimiz çox fərqlidir. Radiatorlar və saydpodlarımızın iş mexanizmi fərqlidir. Bu fikirləri nüsxələmək olmaz. Hamısını onlar yığdı. Force İndia, Williams və Toro Rosso-nun mühərrik istehsalçıları ilə fərqli münasibətləri var.
Biz bolidimizi özümüzün düzəltdiyini deyib güclü rəqiblərə qarşı mübarizə aparsaq, yalan olar. Bunu edə bilmərik. Ferrari və Haas arasında münasibət yaxşıdır. Hər iki tərəf müqavilədəki şərtlərə riayət edir”.