F-1.az xatırladır ki, Ştayner amerikalı sürücü yarışdırmaq fikirləri olmadığını demiş və səbəb kimi də onların Formula1-ə yaramadıqlarını göstərmişdi. Lakin bu sözlər okeanın o tayında xoş qarşılanmamamış və Günter tənqid atəşinə tutulmuşdu.
Cin Haas: “Günter əslində Haas komandasının amerikalı sürücülər barədə düşüncələrini dedi. Bildirdi ki, siyahıda amerikalı sürücü yoxdur. Amma işlər qarışdı və hamı başa düşdüyü kimi qəbul etdi. Reallıq odur ki, biz Formula1-i öyrənirik və debütant sürücü gətirsək, hər iki tərəf üçün pis olar. Amerikalı sürücülərə yox demirik, amma onlar özlərini beynəlxalq arenada sübut etməldirlər”.