F-1.az xatırladır ki, italyanlar 2022-ci ilin ilk 3 yarışında iki qələbə qazansa da, sonradan geriləmişdilər. Lakin Ferrari sonda mövsümü 4 qələbə ilə ikinci yerdə bağlayıb və 2019-cu ildən sonra ən yaxşı nəticəsini əldə edib.
Çezare Fyorio: “Əvvəlki illərə baxanda çox yaxşı nəticə qazandılar. Aşağı pillələrdən buraya dırmanmaq asan deyil. Ferrari-nin yüksəlişi idmanın reytinqini də artırır”.