F-1.az xatırladır ki, Ferrari həmişə bir sürücüyə işləyib. Lakin Karlos Sayns performans cəhətdən Şarl Leklerdən geri qalmır. Buna görə də komanda son iki mövsümdə sürücülərini bərabər statusda yarışdırır.
Çezare Fyorio: “Lekler sıralanma turunda, Saysn isə yarışda güclüdür. Mövsümün əvvəlində komanda bir sürücüyə işləməməlidir. Çempionatın yarısında hər şey məlum olanda, kim öndədirsə, komanda ona işləməlidir. Əgər Sayns öndədirsə, Lekler ona kömək etməyə hazırlaşmalıdır. Onlar peşəkardırlar və komandanın nəyə ehtiyacı olduğunu bilirlər”.