Ç.Fyorio: Binottonu əldən verməzdim

Ferrari-nin sabiq idman direktoru Çezare Fyorio bildirib ki, Audi hazırda işsiz olan Mattia Binottonu itirməməlidir.

F-1.az xatırladır ki, Mattia Binotto Ferrari-nin komanda rəhbərliyi vəzifəsindən istefa vermişdi. Hazırda o işsizdir. Lakin italiyalı motorçunun adı 2026-cı ildə Formula1-ə gəlməyə hazırlaşan Audi ilə hallanır.

Çezare Fyorio: “Əgər onlar kimi Formula1-ə gəlsəydim, Binottonu əldən verməzdim. Ferrari-nin yerində olsam, onu komandada saxlayardım. Onu həmişə güclü mühəndis kimi görürdüm. F1-75 2022-ci ilin ən güclü iki bolidindən biri idi. Dünya Çempionluğunu səhv strategiyalara və etibarsızlıq problemlərinə görə itirdilər. Binotto əla mühəndis idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*