C.Əllison təkər yeyilməsindən narazıdır

Mercedes komandasının texniki direktoru Ceyms Əllison təkər yeyilməsindən narazı qalıb.

F-1.az xatırladır ki, Mercedes komandası testlərin 6-cı günündə Həmilton və Bottasla 176 dövrə vurublar. Lakin komanda Həmiltonla yarış tempində işləməyi planlaşdırsa da, təkərlərin yeyilməsi “gümüşü oxlar”ı geriyə salıb.

Ceyms Əllison: “Səhər Valtteri ilə sazlanmaların üzərində işlədik. Nahardan sonra isə Həmiltonla davam etdik. İki sürücüylə də yaxşı nəticələr əldə etdik. Nahardan sonra yarış tempində işləməyə başladıq. Lakin təkərlər yeyildiyi üçün alınmadı. Bu, yeni mövsümdə əsas problemimiz ola bilər. Növbəti günlərdə bunu həll etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*