C.Əllison: “Saydpodlardan 0.25 saniyə qazanırıq”

Mercedes komandasının texniki direktoru Ceyms Əllison yeni saydpod dizaynı onlara 0.25 saniyə qazandırdığını deyib.

F-1.az bildirir ki, “gümüşü oxlar”-ın builki saydpod dizaynı daha dardır.

Ceyms Əllison: “Ən böyük dəyişiklik saydpodlardadır. Orada bolidi daha incə etmək üçün çox işlədik. 2017-ci ilin bolidi ilə müqayisə etsəniz, fərqi görərsiniz. Gövdə mühərrik və qazburaxma tərəfdən genişlənir. Çox fərq hiss olunmasa da, o hissədən 0.25 saniyə qazanırıq. Bu da çox işləməyin məhsuludur. Bunun üçün çox baş ağrıtdıq və nəticələri hələki yaxşıdır. Asfaltayatma qüvvəsini artırmağın yolunu tapdıq. Görülən hər kiçik iş üst-üstə qoyulduqda böyük fərq yaradır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*