F-1.az xatırladır ki, Mercedes komandası mövsümöncəsi testlərdə ən çox Medium təkərlərdən istifadə edərək, bacardıqca çox məlumat toplayıb.
Ceyms Əllison: “Ancaq özümüzə fokuslanmamışıq. Rəqiblərin də performansını incə detalına qədər təhlil edirik. Strateqlərimiz bütün məlumatlara, dövrəvi zamanlara baxaraq, rəqiblərin güclərini anlamağa çalışırlar. Aerodinamika şöbəsi isə şəkillərdə maraqlı yenilikləri təhlil edirlər. Pitdəki söz-söhbətlərə qulaq asırıq və günün sonunda mətbuatdakı yazıları oxuyuruq. Onların danışıqlarını təhlil etməyə çalışırıq. Beləliklə, rəqiblərimizin zəif və güclü tərəflərini təhlil edərək yarışlara hazırlaşırıq”.