F-1.az xatırladır ki, Ceyms Əllison 2013-cü ilin sonunda Lotus-dan ayrılaraq, Ferrari-yə transfer olunmuşdu.
Üç ildir ki, Ferrari-də işləyən Ceyms Əllison 2016-cı il bolidinin hazırlanmasında böyük rol oynamışdı. Amma La Gazzetta Dello Sport xəbər verir ki, Ceyms Əllisonun həyat yoldaşı öləndən sonra o, İngiltərəyə qayıtmaq istəyir. Həyat yoldaşı öləndən sonra Ceyms Əllison uşaqlarını görmək üçün tez-tez Maranellodan İngiltərəyə gedib gəlir. Xəbərdə deyilir ki, Əllison uşaqları ilə daha çox vaxt keçirtmək üçün İngiltərədə işləmək istəyir və buna görə də Renault-nun təklifini qəbul edəcək.
Ferrari Ceyms Əllisonun əvəzinə ilk namizəd olaraq Ədriən Nyuini düşünür. Ancaq Nyuinin Red Bull və Aston Martin ilə müqaviləsi olduğu üçün Avstriya təmsilçisindən ayrılması real görünmür. İtalyanlar üçün ən yaxşı seçim isə Toro Rosso-dakı performansına görə parıldayan Ceyms Kidir. Ki keçən ay verdiyi açıqlamada bildirmişdi ki, “Toro Rosso ilə müqaviləm və burada görməli olduğum işlər var. Yəni hazırda başqa şey barədə düşünmürəm”.