F-1.az xəbər verir ki, ani bir qərarla Ferrari-dən ayrılan Ceyms Əllisonun adı bazaları Britaniyada yerləşən komandalarla yanaşı çəkilir. İyun ayında Renault-nun ona təklif göndərdiyi, lakin təcrübəli mütəxəssisin köhnə komandasına qayıtmaq istəmədiyi və bu təklifdən imtina etdiyi bildirilir. İyul ayında Ferrari-dən ayrılan Ceymsə Renault daha bir təklif göndərib, lakin o, Enstounda yerləşən komandanın artıq özünə uyğun olmadığını bildirərək təklifi yenə rədd edib.
Əllisonun Renault-ya keçmək istəməməsinin əsas səbəbi kimi komandanın idarəedilməsindəki qarışıqlıqlar göstərilir. Bir müddət əvvəl adı Renault ilə hallanan Serxio Peresin də elə bu səbəbə görə komandasında qaldığı bildirilir…