C.Əllison: Red Bull-a çata bilərik

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Mercedes komandası mövsümün gedişatında Red Bull-a çata bilər.

F-1.az xatırladır ki, Mercedes komandası mövsümə pis başlamış və buna görə bolidin konseptini tamamilə dəyişmişdi. Onlar yeni konsepti ilk dəfə Monakoya gətirmiş və bu yeniliklər Barselonada bəhrəsini vermişdi.

“Gümüşü oxlar” Barselonada iki sürücü ilə podiuma yüksəlmiş, Kanadada isə Həmilton 3-cü yeri tutmuşdu.

Ceyms Əllison: “Bolidimizi təkmilləşdirdiyimiz halda bu mövsüm Red Bull-a çatmamağımız üçün heç bir səbəb yoxdur. Yetərli məlumatları yığmaq və gələn mövsüm ilk yarışdan etibarən sürətli olmaq çətindir.

Sizə bu bolidin necə təkmilləşdiyi ilə bağlı məlumat verim: Keçənilki maşın istədiyimiz qədər alçaq bir altlığa sahib ola biləcəyimiz düşüncəsi ilə dizayn edilmişdi. Ancaq bunun mümkün olmadığını gördük.

Bolidi bir az yüksəltdik. Onda da aero performansımız aşağı düşdü. Bəzi traslarda boliddən istədiyimiz şəraitdə istifadə edə bildik. Mövsüm irəlilədikcə maşını yüksəldən də belə ondan maksimum performans çıxarmağı öyrəndik. Mövsüm bitəndə daha yaxşı vəziyyətdə idik.

Bu il başımız bəlaya girmədən maşını alçaltmanın yollarını bilirik. Hələ də mükəmməl deyilik. Ancaq get-gedə güclənirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*