C.Əllison Mercedes-ə qayıdır?

Mercedes komandası problemləri həll etmək üçün sabiq texniki direktorları Ceyms Əllisonu yenidən komandaya gətirib.

F-1.az xatırladır ki, Mercedes keçən il uğurlu olmayan mövsüm keçirəndən sonra, bu mövsümə də pis başlayıb. Belə görünür ki, onlar bolidin konseptində səhv edib.

Saydpodsuz olan dizaynın altlığı və aerodinamikası rəqiblərdən fərqli işləyir. Lakin komanda gözlənilən nəticələri qazana bilmir.

Mayk Elliotun rəhbərli etdiyi texniki şöbə hazırda güclü təzyiq altındadır. Elliott əvvəllər toto Volffdan çox dəstək alsa da, uğursuz nəticələrdən sonra ikisinin arası dəyib. Maykın komandadakı gələcəyi də müəmmalıdır.

Bütün bu uğursuzluqlardan sonra Baş Texniki Rəhbər vəzifəsinə keçmiş Ceyms Əllisonu yenidən komandada aktiv vəziyyətə gətirmək istəyirlər. Britaniyalı mütəxəssis İmola üçün hazırlanan yeniliklərin üzərində işləyəcək.

Qeyd edək ki, Əllison son dəfə 2020-ci il bolidi W11-in üzərində aktiv işləmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*